5 dekabr 2025. Cümə

“Qəbələ”nin “Herta” ilə oyunlarının vaxtı bəlli oldu


“Qəbələ”nin “Herta” ilə oyunlarının vaxtı bəlli oldu

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Almaniyanın “Herta” klubu ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib. 

Corner.az-;n Qol.az-a istinadən yaydığı xəbərə görə, Çempionlar yolunun II mərhələsinin ilk oyunu noyabrın 7-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Cavab matçı Berlində “Vurfplats” stadionunda keçiriləcək. Noyabrın 28-də baş tutacaq “Herta” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Xatırladaq ki, cütün qalibi pley-off mərhələsinə yüksələcək və bu raundda Çempionlar Liqası yolunun qrup ikincilərindən biri ilə qarşılaşacaq.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu