30 yanvar 2026. Cümə

Millimiz Litvaya son oyunda da qalib gəldi


Millimiz Litvaya son oyunda da qalib gəldi
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Litva milli komandası hazırlıq çərçivəsində bu gün millimizlə sonuncu yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 2:2 hesabı ilə başa çatıb.
 
Millimizin heyətində Ramil Əliyev və Amid Nəzirov fərqlənib. Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən millimiz yekunda 5:3 hesablı qələbə qazanıb.
 
Xatırladaq ki, komandamız bundan əvvəlki iki oyunda da Litva üzərində qələbəyə sevinmişdi.
 
Qarşılaşmadan sonra Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi Litva Futzal və Çimərlik Futbolu Federasiyasının prezidenti Vidmantas Butkeviçiuslə görüşüb. Butkeviçius yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu