UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakı şəhərində təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.
Corner.az xəbər verir ki, baş məşqçi Canni De Byazi ilkin təlim-məşq toplanışına xaricdə forma geyinən milli üzvlərini də dəvət edib.
Toplanışın növbəti mərhələsi mayın 29-da başlayacaq.
Azərbaycan millisi Millətlər Liqasında iyunun 3-də səfərdə Qazaxıstan, iyunun 6-da Serbiyada Belarus, iyunun 10-da Bakıda Slovakiya, iyunun 13-də isə yenə paytaxtda Belarusla üz-üzə gələcək.
1. Səlahət Ağayev - Sabah
2. Emil Balayev - Turan (Qazaxıstan)
3. Rəşad Əzizli - Səbail
4. Höccət Haqqverdi - Sumqayıt
5. Anton Krivotsyuk - Visla (Plotsk, Polşa)
6. Azər Salahlı - Neftçi
7. Bəxtiyar Həsənalızadə - Sabah
8. Eddi İsrafilov - Neftçi
9. Emin Mahmudov - Neftçi
10. Aleksey İsayev - Sabah
11. Anatoli Nuriyev - Sumqayıt
12. Dmitri Nazarov - Ersgebirge (Almaniya)
13. Namik Ələskərov - Bursaspor (Türkiyə)
14. Renat Dadaşov - Tondela (Portuqaliya)
15. Mahir Emreli - Dinamo (Zaqreb, Xorvatiya)
Dmitri Nazarov və Renat Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaq.