- Milli komanda
- 14:00 14.11.2024
Azərbaycan yığmasının 5 legioneri UEFA Millətlər Liqasının oyunlarına hazırlıq məqsədi ilə təşkil olunmuş təlim-məşq toplanışı üçün Bakıya gəlib.
Corner.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Dmitri Nazarovdan başqa bütün legionerlər hazırlıq prosesi üçün ölkəyə çatıb. 32 yaşlı hücumçunun gecə saatlarında paytaxtda olacağı gözlənilir.
Baş məşqçi Canni De Byazi 15 oyunçudan ibarət ilkin siyahısında 6 legioner yer alıb. Nazarovdan başqa, Qazaxıstan "Turan"ından Emil Balayev, Polşanın "Visla" (Plotsk) komandasından Anton Krivotsyuk, Türkiyə "Bursaspor"undan Namik Ələskərov, İngiltərə "Vulverhempton"una məxsus olan Renat Dadaşov və Zaqreb "Dinamo"su ilə Xorvatiya çempionu olan Mahir Emreli də toplanışa dəvət alıb.
Qeyd edək ki, iyunun 3-də Qazaxıstanın, iyunun 6-da Belarusun qonağı olacaq Azərbaycan yığması iyunun 10-da Slovakiyanı, 3 gün sonra isə Belarusu qəbul edəcək.