23 noyabr 2024. Şənbə

Filip Ozobiçin millimizə çağırılmamasının səbəbi bilindi


Filip Ozobiçin millimizə çağırılmamasının səbəbi bilindi

"Qarabağ"ın futbolçusu Filip Ozobiçin Azərbaycan millisinə dəvət almamasının səbəbi bəlli olub.

Corner.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi ayağındakı ağrılara görə yığmaya dəvət edilməyib.

Zədədən əziyyət çəkən xorvatiya əsilli oyunçu məşqçilər heyətinə UEFA Millətlər Liqasının iyundakı oyunlarında yığmada çıxış edə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu "Dalğa Arena"da qəbul edəcək.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi