- Milli komanda
- 14:00 14.11.2024
"Belimdə ağrılar var idi. Buna görə də millinin baş məşqçi Canni De Byaziyə müraciət etdim".
Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Filip Ozobiç UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün yığmaya çağırılmaması barədə danışarkən deyib.
31 yaşlı xorvatiyalı yarımmüdafiəçi italiyalı mütəxəssisin onu anlayışla qarşıladığını bildirib: "Baş məşqiyə dedim ki, sonradan reabilitasiya keçmək üçün vaxtım olmayacaq. Məni başa düşdü və millinin iyundakı matçlarına çağırmadı. Amma növbəti görüşlər üçün dəvət gözləyəcəyəm".
Qeyd edək ki, Azərbaycan millisi iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu "Dalğa Arena"da qəbul edəcək.(report)