23 noyabr 2024. Şənbə

AÇ: Azərbaycan yığmasının ilk rəqibləri bəlli oldu


AÇ: Azərbaycan yığmasının ilk rəqibləri bəlli oldu

17 və 19 yaşadək qadın futbolçular arasında 2023-cü il Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Corner.az-ın məlumatına görə, U-17 B Liqasında Slovakiya və Latviya yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb.

Bu qrupun oyunları bu 1 avqust - 20 noyabr tarixlərində Slovakiyada baş tutacaq. B Liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələdə A Liqasının 7 qrup qalibi isə final mərhələsinə vəsiqə əldə edəcək.

U-19 isə B Liqasının 1-ci qrupunda Xorvatiya, Monteneqro və Kipr yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunur.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi