5 dekabr 2025. Cümə

Millimiz Estoniya yığmasına böyük hesabla qalib gəldi


Millimiz Estoniya yığmasına böyük hesabla qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığmasının qonağı olub.

Parnu şəhərindəki “Parnu Rannastadion”da keçirilən görüşü uelsli hakim Robert İan Jenkinsi idarə edib.

Keçirdiyi 8 qarşılaşmanın hamısında məğlub olan Estoniya yığması qrupumuzun aşkar autsayderi idi. Bu rəqiblə oyun yığmamız üçün də uğurlu alınıb. Belə ki, komandamız səfərdə 5 cavabsız qolla qələbə qazanıb.

Bu qələbədən sonra millimiz A qrupunda 8 oyuna topladığı 7 xalla 5-ci pillədə qərarlaşıb.

AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
3 iyun

Estoniya – Azərbaycan 0:5
Qol: M.Qurbanlı, 3; 33. R.Abdullazadə, 49-pen. C.Nuriyev, 50. İ.Zülfüqarlı, 84.
Baş hakim: Robert İan Jenkins (Uels).
Parnu. “Parnu Rannastaadion”.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu