5 dekabr 2025. Cümə

Milan Obradoviç: Futbolçularımla fəxr edirəm


Milan Obradoviç: Futbolçularımla fəxr edirəm

"Futbolçularımla fəxr edirəm".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviç səfərdə Estoniyaya 5:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunu barədə affa.az-a açıqlamasımnda deyib.

Qələbə münasibətilə hər kəsi təbrik edən serbiyalı çalışdırıcı komanda üzvlərinə əsl futbol sərgilədikləri üçün təşəkkürünü bildirib: "Çünki onlar qarşılarına qoyulan bütün tapşırıqları yerinə yetirdilər. Xüsusən də taktiki cəhətdən. Məhz buna görə də sərfəli nəticə qazana bildik. Hesabı tez açmağımız bizə özünəinam qazandırdı. Çoxsaylı qol vəziyyətləriimiz oldu. Oyun daha böyuk hesabla başa çata bilərdi".

Obradoviç darmadağınlı qələbə qazanılmasına rəğmən, komandada bəzi fərdi səhvlərin də olduğu sözlərini də əlavə edib: "Məhz buna görə də rəqib qapımız qarşısında təhlükəli vəziyyət yarada bildi. Amma futbolda belə hallar olur. Bunları müzakirə edəcəyik. Amma bu, əsas deyil. Futbolcularima inanıram. Onlar Azərbaycan futbolunun gələcəyidirlər. Uşaqlara həmişə hər oyunda və məşqdə özlərini sübut etməyi tapşırıram. Arzu edirəm ki, onlar öz klublarına qayıtdıqdan sonra da bunun davamını gətirsinlər. İnanıram ki, onlar daha yaxşı oynaya bilərlər".







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu