- Milli komanda
- 19:00 02.12.2025
Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma komandamız 3:2 hesablı qalib gəlib.
U-20-nin hər üç qoluna biri penaltidən olmaqla Camal Cəfərov imza atıb.
Bu komandalar arasında növbəti oyun iyunun 7-də keçiriləcək.
Azərbaycan: 1. Rüstəm Samiqullin, 6. Nemət Musayev, 3. Sirkan Həsənzadə, 4. Mirəli Əhmədov, 13. Abdulla Rzayev, 25. Ramin Nəsirli, 10. Veysəl Rzayev, 7. Camal Cəfərov, 19. Samir Abdullayev, 11. Samir Məhərrəmli, 9. Mustafa Yıldırım.
Ehtiyat oyunçular: 22. Rza Cəfərov, 12. Müşfiq Nadirov, 20. Ümid Səmədov, 2. David Orucov, 24. Mahmud Məmmədov, 14. Şamil Cəfərov, 8. Tuqay Əlizadə, 23. Vüsal Qənbərov, 5. Nazim Həsənzadə, 17. Elçin Qasımov, 18. Mehrac Baxşəli.
Baş məşqçi: Samir Əliyev.
Özbəkistan: 21. Otabek Boydomirov, 2. İzzat Pulatov, 6. Abduqodir Xusanov, 13. Cahangir Urazov, 20. Mahmud Məhəmmədcanov, 25. Bəhruz Əsgərov, 19. Əsliddin Tursunpuladov, 17. Nodir Abdurrazakov, 22. Şerzod Esonov, 8. Abbos Erqaşboyev, 7. Pulatkhuja Xoldorxonov.
Ehtiyat oyunçular: 1. Xumoyunşox Sayyotov, 12. Edem Nemanov, 15. Diyor Ortikboyev, 4. Abubəkr Aşurov, 24. Saidafzal Axropov, 3. Kirill Todorov, 23. Şaxzod Nemətconov, 10. Xəlilov Qismət, 11. Şahriyar Jabbarov, 9. Umud Sultonov, 14. Rüstəm Turdimurodov, 5. Zəfər Xakimov.
Baş məşqçi: Rövşən Xaydarov.