5 dekabr 2025. Cümə

Komandada inkişaf hiss olunur - De Byazi


Komandada inkişaf hiss olunur - De Byazi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Belarus yığmasına qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, italiyalı mütəxəssis qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Matça pozitiv başladıq. Komanda kimi inkişaf edirik. Bu, hiss olunur. Qapıya 15 zərbə endirdik, amma təəssüflər olsun ki, qol vura bilmədik. Nəticə baxımından razı qala bilərik. Amma buraya qələbə üçün gəlmişdik. Qarşılaşmanın sonlarında 10 nəfərlə oynamaq çətin oldu".
 
65 yaşlı mütəxəssis komandanın oyunundan çox razı qaldığını söyləyib: “İrəliləyiş olduğunu hiss edirəm. Artıq topla daha rahat oynayırıq. Topu hara gəldi, irəli vurmuruq. Sonluqda bir az çatışmazlıqlar var. Birinci hissədə 3-4 real qol şansımız var idi. İstifadə edə bilmədik. Növbəti görüşümüzü qrupun ən güclü kollektivi olan Slovakiya yığmasına qarşı keçirəcəyik. Əminəm ki, meydana çıxan futbolçular yaxşı nəticə üçün sonadək vuruşacaqlar".
 
De Byazi bu gün Qazaxıstana 0:1 hesabı ilə uduzmasına baxmayaraq, Slovakiyanı qrupun ən güclü komandası hesab edib: "Güclülər də məğlub ola bilər. Bu gün onların oyununu izləyəcəyəm. Daha sonra fikirlərimi deyə bilərəm”.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu