23 oktyabr 2024. Çərşənbə

Bütün diqqətimizi Norveçlə oyuna yönəltmişik


Bütün diqqətimizi Norveçlə oyuna yönəltmişik

"Hazırda bütün diqqətimizi Norveçlə oyuna yönəltmişik".

Corner.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç səfərdə Finlandiyaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra deyib.

Serbiyalı mütəxəssis məğlubiyyəti belə şərh edib: "İlk hissədə taktiki oyunumuz sayəsində finlərə qapımız qarşısında təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Ümumiyyətlə, fasiləyə kimi rəqibdən heç bir cəhətdə geri qalmadıq. İkinci hissədə Finlandiya millisinin daha çox hücum edəcəyini bilirdik. Çünki onlara qələbə lazım idi. Bununla belə, komandamız dəqiq hücum sayəsində penalti vurmaq hüquqi qazandı".

Obradoviç Musa Qurbanlının penaltidən yararlana bilməməsinə xeyli təəssüflənsə də, ona heç bir iradının olmadığını söyləyib: "Musa komandanın aparıcı oyunçularından biridir. O, hər məşqə və oyuna peşəkarcasına yanaşır. İnanıram ki, Norveçlə qarşılamada Musanın qol vurmaq şansları olacaq.Lakin rəqib daha bir dəfə fərqləndi".

Qeyd edək ki, Azərbaycan yığması Norveçlə iyunun 14-də səfərdə üz-üzə gələcək. Drammen şəhərindəki "Marienlist" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"