30 yanvar 2026. Cümə

Azərbaycan millisi AÇ-nın yarımfinalında!


Azərbaycan millisi AÇ-nın yarımfinalında!
Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb. Corner.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi yığma 1/4 finalda yarışa ev sahibliyi edən Slovakiya ilə qarşılaşıb.
 
Milli komanda rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Qələbə qolun 42-ci dəqiqədə penaltidən fərqlənən Elvin Əlizadə vurub. Futbolçularımız son iki dəqiqəni azlıqda mübarizə aparmalı olub. Vüsal İsayev birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
 
Azərbaycan yığması yarımfinalda Qazaxıstan millisi ilə qarşılaşacaq. Bu qarşılaşma sabah keçiriləcək.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu