Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoxlama oyununu keçirib. cORNER.az xəbər verir ki, qazaxıstanlı yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb.
Millimizin hər iki qolunA 57 və 77-ci dəqiqələrdə Ağadadaş Salyanski imza atıb.
Xatırladaq ki, bu komandalar arasında iyunun 7-də keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.