23 oktyabr 2024. Çərşənbə

Azərbaycan millisi Avropa çempionu oldu


Azərbaycan millisi Avropa çempionu oldu
Mini futbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb. Corner.az xəbər verir ki, həlledici matçda millimiz Rumıniya yığması ilə üz-üzə gəlib.
 
Azərbaycan yığması B qrupundakı ilk oyununda məhz bu rəqibə 0:2 hesabı ilə məğlub olmuşdu. Amma final qarşılaşmasında millimiz rumınlara 1:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub. Komandamızın yeganə qolunu ilk hissədə Seymur Məmmədov vurub.
 
Bundan öncə isə üçüncü yer uğrunda görüş keçirilib. Qazaxıstanla qarşılaşan Bolqarıstan yığması 4:1 hesablı qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
 
Xatırladaq ki, Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlmişdi.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"