23 oktyabr 2024. Çərşənbə

De Byazi Belarusla matç üçün bu heyəti seçdi


De Byazi Belarusla matç üçün bu heyəti seçdi
Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Belarus yığması ilə qarşılaşacaq. Corner.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin bu oyunda hansı heyətə güvənəcəyi müəyyənləşib.
 
İtaliyalı mütəxəssis əvvəlki oyunlarda olduğu kimi, bu dəfə də qapını Şahruddin Məhəmmədəliyevə tapşıracaq.
 
“Beşli” müdafiənin mərkəzində yenə Bəhlul Mustafazadə, Cəlal Hüseynov və Höccət Haqverdi oynayacaq. Maksim Medvedev və Azər Salahlı isə cinahlardan hücuma dəstək verməyə çalışacaq. 
 
Yarımmüdafiə xəttində də dəyişiklik yoxdur. Eddi İsrafilov, Riçard Almeyda və Emin Mahmudov yenə ilk dəqiqələrdən meydanda olacaq.
 
Hücum xətti isə bu dəfə fərqli olacaq. İtaliyalı mütəxəssis son iki oyunda ilk dəqiqələrdən oynatdığı Renat Dadaşovla Ramil Şeydayevi bu dəfə ehtiyatda saxlamağa qərar verib. Onların əvəzində Belarusla matçda Namik Ələskərov və Mahir Emreli start heyətdə mübarizəyə başlayacaq.
 
Bu gün “Dalğa Arena”da baş tutacaq Azərbaycan - Slovakiya matçına saat 20:00-da start veriləcək.
 
12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 7. Namik Ələskərov, 14. Eddi İsrafilov, 18. Cəlal Huseynov, 20. Riçard Almeyda.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"