"Nəticəyə görə şadam. Uşaqlar çox əziyyət çəkdilər. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. 3 gün öncə burada Slovakiyaya uduzmuşduq. Qələbə bizim üçün yaxşı oldu". Corner.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
"Son dəqiqələrdə sistemi dəyişdik və hücum futbolu sərgilədik. Meydana sonradan daxil olan futbolçular daha hazır idilər və bu da nəticədə öz əksini tapdı. Emin Mahmudov bizim üçün vacib oyunçdur. Əmin idim ki, sonadək oynayacaq. Bu səbəbdən meydanda qalmasını lazım bildik".