- Milli komanda
- 14:00 14.11.2024
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib. Corner.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda 10-cu turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Drammen şəhərindəki “Marienlist” stadionunda baş tutan qarşılaşmanı Luka Bilbiyanın başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər idarə edib.
Norveç seçməsi 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşmışdı. Azərbaycan millisi isə 7 xalla 5-ci sıradaydı. Komandamız üçün bu oyun sadəcə xal ehtiyatını artırmaq baxımından əhəmiyyət daşıyırdısa, Norveç qalib gəlməklə qrupun da qalibi ola bilərdi. Belə də olub. Üç qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
14 iyun
Norveç – Azərbaycan 2:1
Qol: Y.Larsen, 54. E.Botheim, 77 – İ.Ələkbərov, 65.
Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)
Drammen. “Marienlist” stadionu.