21 mart 2026. Şənbə

Hələlik Azərbaycan millisində oynamaq istəmirəm


Hələlik Azərbaycan millisində oynamaq istəmirəm

"Azərbaycan millisində oynamaq ehtimalım var idi. Amma bu variantı heç vaxt düşünməmişəm".

Corner.az-ın məlumatına görə, bunu "Sumqayıt"dan ayrılan Cəmaləddin Xocaniyazov "RİA Novosti"yə müsahibəsində deyib.

Hazırda klubsuz olan 26 yaşlı yarımmüdafiəçi Rusiya "Zenit"indəki sabiq komanda yoldaşı Ramilı Şeydayevin Azərbaycan yığmasını seçməsinə də toxunub: "Bu, onun qərarıdır. Şeydayevə hörmət edirəm. Amma mən hələlik istəmirəm".

Qeyd edək ki, Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustunda "Sumqayıt"a keçib. O, Türkmənistanda doğulmuş uyğur əsilli futbolçudur. Xocaniyazov Rusiya vətəndaşıdır.







Milli komanda