23 noyabr 2024. Şənbə

Hazırlaşmaq üçün vaxtımız azdır - Millimizin qapıçısı


Hazırlaşmaq üçün vaxtımız azdır - Millimizin qapıçısı
Futzal üzrə Azərbaycan milli komandası dünəndən etibarən təlim-məşq toplanışına başlayıb. Corner.az xəbər verir ki, komandamız avqustun 17-də və 19-da Türkmənistan yığması ilə yoxlama oyunları keçirəcək.
 
Heyətə əsasən milli komandaya namizədlər dəvət olunsa da, təcrübəli futzalçılar da var. İlk məşqdən sonra Emin Kürdov federasiyanın rəsmi saytına açıqlama verib:
 
“Mənim üçün bu dəfə fasilə uzun çəkdi. Təsəvvür edin, hər il iyulda məşqlərə başlayırdıq, amma indi avqustun 9-da ilk məşqimə çıxdım. Qarşıdakı müddət oyunlara hazırlaşmaq baxımından azdır, çalışmalıyıq ki, vaxtdan maksimum istifadə edək. Heyətimizə əsasən gənclər dəvət olunub. 3-4 təcrübəli futzalçı var, hansı ki onlar əsas millinin üzvləridir. Yoldaşlıq oyunu olsa da, həm heyət baxımından, həm də hazırlıq müddəti baxımından çətinlik qaçılmazdır. Müsbət nəticə daha çox gənc oyunçularımızda özünə inamı artırmaq üçün vacibdir. Onlar da çalışacaqlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər, baş məşqçinin etimadını qazansınlar, həm də azarkeşlərimizi sevindirsinlər. Çünki futzal millimiz hər zaman yaxşı nəticələri, inamlı oyunu ilə seçilib, yadda qalıb. Türkmənistan millisi də son illərdə inkişafdadır. Onlar əvvəlki illərdə də Bakıda toplanış keçiriblər”. 






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi