5 dekabr 2025. Cümə

İslamiada: Azərbaycan yığması yarımfinalda


İslamiada: Azərbaycan yığması yarımfinalda
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, yığma B qrupundakı sonuncu - 3-cü sınağında Mərakeş seçməsi ilə üz-üzə gəlib.
 
"Konya Cumhuriyet" stadionunda oynanılan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
 
Samir Əliyevin baş məşqçi olduğu kollektivdən qolları 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub. Rəqibdən isə 11-ci dəqiqədə Reda Slim və əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Hamza Reqraqui fərqlənib.
 
Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrup 2-cisi kimi yarımfinala yüksəlib.
 
Yığmamız qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. İkinci qarşılaşamada isə İran seçməsi meydana çıxmadığından, Azərbaycana texniki qələbə verilib.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu