- Milli komanda
- 14:00 14.11.2024
Birinci divizionda 9-cu tura start verilib.
Corner.az-ın Qol.az-a istinadən məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib. "Turan Tovuz" öz meydanında "Keşlə-2"yə, "Kəpəz" isə səfərdə "Zirə-2"yə uduzub.
"Qaradağ Lökbatan" və "Zaqatala" isə turu qələbə ilə başa vurub.
Qeyd edək ki, turun digər 3 oyunu sabah olacaq.
1 noyabr (cümə axşamı)
“Turan Tovuz” – “Keşlə-2” - 2-3
Qollar: Məzahir Əhmədov, 83, Qalib Əmrahov, 87 (penalti) - Elmir Rəhimzadə, 4, 84, Nurlan Quliyev, 74
Hakimlər: Ramiz Məhərrəmov, Yaşar Abbasov, Rəşadət Cəfərov, Kərim Kərimov
“Zirə-2” – “Kəpəz” - 3:0
Qollar: Zahir Xanhüseynli, 20, Taleh Rzayev, 41, 67
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Rahil Ramazanov, Cahangir Yusifzadə
“Sumqayıt-2” - “Qaradağ Lökbatan” - 1:2
Qollar: Baxşəli Baxşəliyev, 26 - Camal Camalov, 41, Rövşən Şahmuradov, 87
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
“Səbail-2” – “Zaqatala” - 0:4
Qollar: Cavad Kazımov, 63, 66, Rəhman Şabanov, 85, 90+6
Hakimlər: Xəlil Xəlilov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Samir Hüseynov
2 noyabr (cümə)
15:00. “Şüvəlan” – “Sabah-2”
15:00. “Ağsu” – “Neftçi-2”
15:00. “Qarabağ-2” – MOİK
Qeyd edək ki, hazırda turnir cədvəlinə 22 xalla MOİK başçılıq edir. 18 xalı olan "Sumqayıt-2" ikinci, ondan 1 xal az toplayan "Neftçi-2" isə üçüncüdür. Son 3-lükdə isə "Zirə-2" (3 xal), "Kəpəz" (6 xal) və "Qaradağ Lökbatan" (7 xal) qərarlaşıblar.