29 iyun 2026. Bazar ertəsi

Millimiz İran yığmasına ikinci oyunda da uduzdu


Millimiz İran yığmasına ikinci oyunda da uduzdu
İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə növbəti yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, qarşılaşma rəqib komandanın 5:3 hesablı qələbəsilə başa çatıb.
 
Millimizin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.
 
Komandamız bu rəqiblə ötən gün baş tutan ilk oyundan da 2:3 hesablı məğlubiyyətlə ayrılmışdı.
 
Bu komandalar arasında sonuncu oyun avqustun 25-də olacaq.






Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi