Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Dünya Çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti rəqibi müəyyənləşib. Corner.az xəbər verir ki, millimiz 9-12-ci yerlər uğrunda qarşılaşmada Norveç yığması ilə üz-üzə gələcək.
Sözügedən komanda İtaliya və Fransanın yer aldığı A qrupunda hər iki matçda uduzaraq sonuncu olub. Hansı ki, yığmamız da C qrupunda İsveçrə və Ukraynaya hər iki matçda məğlub olmuşdu. Bu üzdən də bu komandalar 9-12-ci yerlər uğrunda mübarizə aparmalı olacaq.
Sentyabrın 1-də baş tutacaq Azərbaycan – Norveç matçına Bakı vaxtı ilə saat 18:15-də start veriləcək.