12 may 2026. Çərşənbə axşamı

Azərbaycan millisi Maltaya qalib gəldi


Azərbaycan millisi Maltaya qalib gəldi
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, E qrupu çərçivəsində baş tutan matçda rəqib Malta olub.
 
Ta Qali şəhərində təşkil olunmuş qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 2:0.
 
Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova meydan sahiblərinin qapısından keçibib.
 
Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək, 4 xala malik Maltanı turnir cədvəlində üstələyib və 4-cü pilləyə qalxıb.
 
Azərbaycan yığması seçmə mərhələdə son oyununu sentyabrın 6-da, “Dalğa Arena”da Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.






Milli komanda