19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 9-dan 12-dək Bakıda, 13-dən 17-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq. Corner.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində sentyabrın 14-də və 17-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoxlama oyunu keçirəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Feyzullayeva Aytac - Nuxa
2. İsayeva Məryəm - Neftçi
3. Rəhimova Milana - 8 - iOEUGiM
4. Cəfərova Fidan - Nuxa
5. Mirzəyeva Aytac - Neftçi
6. Hüseynli Fatiməyi Zəhra - Balxurma
7. Aşırova Samirə - Xırdalan Siti
8. Seyidova Müjgan - Balxurma
9. Əhmədli Fatimə - 8 - iOEUGiM
10. Şeyma Nur Gencay - Yukatel Kayserispor (Türkiyə)
11. Kocabey Buse Nur - Antalyaspor (Türkiyə)
12. Bozkurt Tuğba Nur - Beykent (Türkiyə)
13. Mutlu Eda Nur - Gazikentspor (Türkiyə)
14. Məmmədova Nahidə - Nuxa
15. Tarverdizadə Nurçin - Xırdalan Siti
16. Salamzadə Ayşən - Neftçi
17. Əsədova Xanım - 8 - iOEUGiM
18. Abbaszadə Lalə - Neftçi