11 aprel 2026. Şənbə

Azərbaycan millisi Moldova və Qırğızıstanla qarşılaşacaq


Azərbaycan millisi Moldova və Qırğızıstanla qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoxlama oyunları çərçivəsində iki sınaq matçı keçirəcək. Corner.az xəbər verir ki, millimiz sentyabrın 24-də Qırğızıstan, 27-də isə Moldova yığması ilə qarşılaşacaq.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Hər iki qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.






Milli komanda