21 noyabr 2024. Cümə axşamı

UEFA "Qarabağ"dan yazdı:"Artıq itiriləsi heç nə yoxdur"


UEFA "Qarabağ"dan yazdı:"Artıq itiriləsi heç nə yoxdur"
UEFA "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxmaq şansını dəyərləndirib.

Corner.az-ın Qol.az-a istinadə xəbərinə görə, qurumun rəsmi saytında Ağdam təmsilçisinin pley-off-a yüksəlmək şansını saxlamaq üçün növbti turda mütləq Ukraynanın "Vorskla" klubuna qalib gəlməli olduğu vurğulanıb:
"Vorskla" axır ki, 9-cu cəhdindən sonra Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazandı. Növbəti 3 xal komandaya 1/16 finala vəsiqə uğrunda mübarizəyə qolulmağa imkan verir. "Qarabağ"ın artıq itiriləsi heç nəyi yoxdur. Komanda yer aldığı E qrupunda nə xal toplayıb, nə də qol vurub. Azərbaycan çempionu əvvəlcə səfərdə "Sportinq"ə (0:2), ardından evdə "Arsenal"a (0:3) və "Vorskla"ya (0:1) uduzdu. Poltavalılar Bakıdakı qələbəyədək Londonda "Arsenal"a (2:4) uduzdular, evdə isə "Sportinq"ə (1:2) məğlubiyyətə barışdılar. "Qarabağ" növbəti məğlubiyətlə qrupdan çıxmaq şansını itirəcək".

Qeyd edək ki, "Qarabağ" "Vorskla" ilə  noyabrın 8-də səfərdə qarşılaşacaq.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi