5 dekabr 2025. Cümə

Canni De Byazinin Mahir Emreli ilə bağlı qərarı


Canni De Byazinin Mahir Emreli ilə bağlı qərarı
Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Azərbaycan millisinə çağırılıb. Corner.az saytı xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
 
Məlumatda, “Dinamo”nun çox sayda oyunçusunun milli komandaların qarşıdakı oyunları üçün dəvət alıb ki, onlar arasında Emrelinin də yer aldığı vurğulanıb. 25 yaşlı forvard Slovakiya və Qazaxıstan yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunub.
 
Sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Canni de Byazinin komandası üç gün sonra Qazaxıstanı qəbul edəcək.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Niderland mətbuatı “Eyndhoven”də çıxış edən yarımmüdafiəçi Ozan Can Kökçünün Azərbaycan yığmasına dəvət aldığı barədə məlumat yayıb.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu