21 mart 2026. Şənbə

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək


Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Corner.az xəbər verir ki, bununla bağlı AFFA və Moldova Futbol Federasiyası (FMF) arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa əsasən, komandalar bu il noyabrın 16-da qarşılaşacaq.

Görüş Moldovanın paytaxtı Kişineudakı "Zimbru" stadionunda təşkil olunacaq.

Oyunun başlama saatı hələlik bəlli deyil.







Milli komanda