21 mart 2026. Şənbə

Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edildi


Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edildi

Bu gündən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Corner.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda (BOS) Qırğızıstan seçməsinə qarşı keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.

Buna səbəb rəqib komandanın Azərbaycana səfər edə bilməməsidir.

Qeyd edək ki, U-21 sentyabrın 27-də BOS-da Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.







Milli komanda