29 iyun 2026. Bazar ertəsi

U-21 yığmamız Premyer Liqa klubu ilə qarşılaşacaq


U-21 yığmamız Premyer Liqa klubu ilə qarşılaşacaq
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sınaq matçında rəqib Premyer Liqada çıxış edən “Şamaxı” olacaq.
 
Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.
 
Bundan əlavə, U-21-in hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub. "Səbail" klubunun üzvü Samir Abdullayev düşərgəyə qoşulub.






Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi