Bakıda təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Corner.az xəbər verir ki, Bakı Olimpiya Sstadionunda “Şamaxı” komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub.
Millimizin qollarını Samir Abdullayev və Camal Cəfərov vurub. “Şamaxı”nın heyətində isə Adil Nağıyev, Bəhruz Teymurov və İbrahim Aslanlı fərqlənib.
Xatırladaq ki, U-21 sentyabrın 27-də beynəlxalq yoxlama oyunu çərçivəsində moldovalı yaşıdları ilə qarşılaşacaq.