5 dekabr 2025. Cümə

Azərbaycanın əsas millisinin üzvü U-21-ə çağırıldı


Azərbaycanın əsas millisinin üzvü U-21-ə çağırıldı
Bakıda Moldova yığması ilə yoxlama oyununda üz-üzə gələcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir oyunçu cəlb olunub. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Şamaxı” klubunun müdafiəçisi Cəlal Hüseynov hazırlıq prosesində iştirak edəcək.
 
Bundan əlavə, sentyabrın 27-dəki qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi, Bakı Olimpiya Stadionunda deyil, “Dalğa Arena”da olacaq.
 
Cəlal Hüseynov Azərbaycanın əsas yığmasının Slovakiya və Qazaxıstanla görüşlər üçün heyətinə cəlb olunsa da, bu matçlarda meydana çıxmayıb. Səfərdə Slovakiyanı 2:1 hesabı ilə məğlub edən millimiz Bakıda Qazaxıstanı 3 cavabsız qollla üstələyib.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu