5 dekabr 2025. Cümə

Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm


Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm

"Hazırda Azərbaycan millisinin sükanı arxasındayam və burada uğur qazanmaq üçün əlimdən gələni edirəm".

Corner.a-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi gələcəkdə Albaniya yığmasına mümkün qayıdışı ilə bağlı danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, həyatda hər şey mümkündür: "Albaniya çox sevdiyim ölkədir. Mənim bu ölkə ilə xüsusi bağlarım var. Xalqınızdan özümə qarşı həmişə sevgi və hörmət hiss etmişəm".

66 yaşlı baş məşqçi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı qalib gəldikləri matça da toxunub: "Bu komandanı məğlub etdiyimiz üçün şadam. Onlara qarşı qrupdakı ilk görüşdə 0:1 hesabı ilə uduzmuşduq. Bu, mən və komandam üçün ağır məğlubiyyət idi. Mən dostlarımla oynayanda belə, qələbəyə sevinən mütəxəssislərdənəm. Yəni, mənim üçün hər oyun vacibdir".

Qeyd edək ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi sentyabrın 30-da başa çatacaq.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu