5 dekabr 2025. Cümə

Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır


Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır

"Yeni yaranan komandayıq, ilk dəfə beynəlxalq səviyyəli oyun keçirdik. Əsas hədəfimiz qısa müddətdə U-21-in heyətini formalaşdırmaqdır".

Corner.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev Bakıda Moldova ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bu matçın yığma üçün faydalı olduğunu bildirib: "Rəqib çox yaxşı təşkilatlanmış, nizam-intizamı yüksək olan komanda idi. Xüsusən müdəfiə xəttində daha diqqətli və intizamlı oynayırdı. Bu cür rəqiblə oyunda müdəfiə xəttini yarmaq çətindir. Buna baxmayaraq, 90 dəqiqə ərzində bir neçə qol imkanı yaratdıq. Təəssüf ki, yaxaladığımız imkanlardan yararlana bilmədik".







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu