- Milli komanda
- 19:00 02.12.2025
"Azərbaycan millisində Serbiya, Portuqaliya, Slovakiya və İrlandiya kimi yığmalara qarşı oynamışam. Avropa komandaları ilə ümumilikdə 15-16 oyun keçirmişəm. Bu amil mənim üçün çox faydalı oldu və təcrübəmi artırdı".
Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və İranın "Traktor" klubunun futbolçusu Höccət Haqverdi yığmadakı çıxışı barədə danışarkən deyib.
29 yaşlı müdafiəçi bildirib ki, portuqaliyalı Kriştiano Ronaldo və serbiyalı Duşan Vlahoviç kimi ulduzlara qarşı mübarizə aparıb: "Vlaoviç çox yaxşı fiziki gücə malikdir. Odur ki, bu forvarda qarşı oynamaq asan deyil. Serbiya yığması ilə matçda məni çox narahat etmişdi".
Haqverdi UEFA Millətlər Liqasında Slovakiya və Qazaxsıtana qalib gəldikləri matçlara da toxunub: "Şükürlər olsun ki, hər iki matçda qələbə qazandıq və qrupu ikinci pillədə başa vurduq".