21 mart 2026. Şənbə

Azərbaycan millisi FIFA reytinqində irəlilədi


Azərbaycan millisi FIFA reytinqində irəlilədi

Azərbaycan millisi FIFA reytinqində 5 pillə irəliləyib.

Corner.az-ın məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız hazırda 1146 xalla 123-cü sırada qərarlaşıb.

Buna yığmanın UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi səbəb olub.

Üç pillə irəliləyən Türkiyə seçməsi 1460 xalla 45-ci yeri tutub. Siyahıya 1831 xalla Braziliya başçılıq edir.







Milli komanda