21 mart 2026. Şənbə

Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşdi


Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşdi

Futbol üzrə Şimali Makedoniya və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun dəqiq vaxtı bəlli olub.

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda Moldova ilə yoldaşlıq matçı keçirəcək.







Milli komanda