5 dekabr 2025. Cümə

AFFA rəsmiləri U-17-nin üzvləri ilə görüşdü


AFFA rəsmiləri U-17-nin üzvləri ilə görüşdü

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Corner.az AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Milli Komandaların Məşq Mərkəzində təşkil olunan görüşdə AFFA rəsmiləri millimizə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Komandanın baş məşqçisi Elxan Abdullayev AFFA rəsmilərinə təşəkkür edib, seçmə mərhələdə uğurlu nəticə əldə etmək üçün çalışacaqlarını bildirib. AFFA rəsmiləri görüşdən sonra milli komandanın Bakıda keçirilən son məşqini izləyiblər.


Qeyd edək ki, U-17 Avropa çempionatının seçmə mərhələsində oktyabrın 24-də Ukrayna, 27-də Bosniya və Herseqovina, 30-da isə Lixtenşteyn yığması ilə qarşılaşacaq.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu