28 iyul 2026. Çərşənbə axşamı

Azərbaycan yığması İsveç və Macarıstanla qarşılaşacaq


Azərbaycan yığması İsveç və Macarıstanla qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2 yoldaşlıq oyunu keçirəcək. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv noyabrın 17-də Macarıstan, bundan 3 gün sonra isə İsveç yığmaları ilə qarşılaşacaq.
 
Hər iki görüş noyabrın 15-dən 21-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı zamanı baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.






Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi