11 may 2026. Bazar ertəsi

AÇ: Azərbaycan millisindən son oyunda 8 qol


AÇ: Azərbaycan millisindən son oyunda 8 qol
17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib. Corner.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində Lixtenşteyn yığması ilə keçirilmiş görüşdə 8:0 hesablı qələbəyə sevinib.
 
Niyazi Osmanovun dubla imza atdığı oyunda millimizin digər qollarını Elton Mikayılov, Murad Məmmədov, İlkin Cəfərli, Əhməd Tarverdiyev, Əşrəf Ələkbərli və Davud Mənsumov vurub.
 
Xal: Ukrayna – 7. Bosniya və Herseqovina – 7. Azərbaycan – 3. Lixtenşteyn – 0.






Milli komanda