21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 15-də Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev 6 gün davam edəcək hazırlıq prosesinə 24 futbolçu çağırıb.
Yığma toplanış zamanı noyabrın 17-də Macarıstan, bundan 3 gün sonra isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.
1. Rza Cəfərov - Neftçi
2. Yusif İmanov - Sabah
3. Rüstəm Samiqullin - Sabah
4. David Orucov - Neftçi
5. Xəyyam Hüseynov - Turan Tovuz
6. Şirxan Həsənzadə - Qarabağ
7. Abdulla Rzayev - Şamaxı
8. Mirəli Əhmədov - Şamaxı
9. Hüseyn Babayev - Neftçi
10. İbrahim Ramazanov - Qəbələ
11. Rüfət Abbasov - Neftçi
12. Süleyman Damadayev - Qəbələ
13. Veysəl Rzayev - Turan Tovuz
14. Camal Cəfərov - Sabah
15. Elcan Əbilov - Neftçi
16. Elçin Qasımov - Turan Tovuz
17. Murad Vəliyev - Levadiya (Tallin, Estoniya)
18. Ramin Nəsirli - Neftçi
19. Nihat Fərəcli - Tus Koblents (Almaniya)
20. Emil Səfərov - Qəbələ
21. Tuqay Əlizadə – Araz Naxçıvan
22. Samir Abdullayev - Səbail
23. Mustafa Yıldırım - Çorum (Türkiyə)
24. Nəriman Axundzadə - Qarabağ