22 noyabr 2024. Cümə

Byazi məni 10 il milliyə çağırmasa...


Byazi məni 10 il milliyə çağırmasa...
"Qarabağ"ın futbolçusu Qara Qarayev yoldaşlıq oyunları üçün Azərbaycan millisinə dəvət almamasına münasibət bildirib. Corner.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi yığmada olmadığı üçün üzüldüyünü söyləyib.
 
Qarayev 10 il mütəmadi olaraq komandanın formasını geyindiyini xatırladıb: "Ölkəmi layiqli təmsil etməyə çalışmışam. Baş məşqçi öz fikrində qaldı, buna hörmətlə yanaşıram. Hər zaman milliyə layiq olmaq istəmişəm. Hələ də çağırılmamağımın səbəbini bilmirəm. Hər kəsə uğurlar arzulayıram. Yığma üzvləri zədəsiz klublarına dönsünlər və millimizi layiqincə təmsil etsinlər".
 
Təcrübəli oyunçu baş məşqçi Canni De Byazi ilə arasında hansısa problemin olmadığını diqqətə çatdırıb: "Hər şey iyundakı toplanışda başlamışdı. Amma 3-4 ay keçsə də, bu barədə danışmırdım. Sentyabrda baş məşqçi bəzi sözlər dedi və məcburiyyət qarşısında qalıb cavab verdim. Bu olmasaydı, yenə də danışmayacaqdım. Kiminləsə xüsusi problemim olmayıb. İddia edirlər ki, Qara Qarayev oynamaq davası edir. Məncə, sevinməlidirlər ki, Azərbaycanda belə futbolçular var. Yenə də çox danışmaq istəmirəm. Milli komandaya uğurlar arzulayıram. İndi azarkeş kimi dəstək verəcəyəm. İmkan olsaydı, futbolçu kimi dəstəyimi göstərərdim. Canni De Byazi məni 10 il milliyə çağırmasa, yenə yığma üçün can yandıracağam. Bu komandada olmaq üçün daim çalışacağam".
 
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Moldova, noyabrın 20-də isə Şimali Makedoniya ilə üz-üzə gələcək.(report)






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi