21 mart 2026. Şənbə

Yığmamız Moldovaya qalib gəldi


Yığmamız Moldovaya qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Corner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Moldova yığmasının qonağı olub.

Kişinyovdakı “Zimbru” stadionunda baş tutan oyunu Ukraynadan olan hakimlər idarə ediblər. Üç qolun qeydə alındığı bu görüşdə Azərbaycan millisi qələbəyə sevinən tərəf olub.

Yoxlama oyunu
16 noyabr

Moldova - Azərbaycan 1:2
Qol: N.Motspan, 90+2 - E.Mahmudov, 28. A.İsayev, 42.
Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik (hamısı Ukrayna), Roman Jitari (Moldova).
Kişinyov. “Zimbru” stadionu.







Milli komanda