22 noyabr 2024. Cümə

Oyundan razı qaldım, amma ... - De Byazi


Oyundan razı qaldım, amma ... - De Byazi
"Bugünkü oyundan çox razı qaldım”. Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Moldova ilə keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.
 
66 yaşlı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri Kişinyovdakı qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Çox yaxşı işlər gördük. Daha yaxşısını bacararıq. 90 dəqiqə mübarizəni dayandırmadıq. Buraxdığımız qola görə narahat oldum. Şahruddin oyunu ilə qol buraxmamağa layiq idi”.
 
İtalyan çalışdırıcı noyabrın 20-də Şimali Makedoniya ilə səfərdə keçiriləcək matçla bağlı da düşüncələrini bölüşüb: “Şimali Makedoniyanı yaxşı tanıyıram. Çox yaxşı komandadır. Albaniyada çalışarkən onlara rəqib olmuşam. Bu matçda da uğurlu nəticə üçün çalışacağıq”.
 
De Byazi müdafiənin mərkəzində şans verdiyi Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk cütlüyündən razılıq bildirib: “Buraxdığımız qolda daha yaxşı davranmaq olardı. Bu gün yeni müdafiə xətti ilə çıxış etdik. Bəxtiyar Həsənalızadə və Anton Krivotsyukdan razı qaldım. Bəzi itkilərimiz var. Bədavi Hüseynovun yoxluğu istər-istəməz təsir edir. Ümid edirəm ki, o, martdakı görüşə hazır olacaq”.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi