29 iyun 2026. Bazar ertəsi

Millimizdən Moldovada yubiley qələbəsi


Millimizdən Moldovada yubiley qələbəsi
Moldova ilə yoldaşlıq görüşü Azərbaycan milli üçün əlamətdar olub. Corner.az xəbər verir ki, komandamız yubiley qələbəsini qazanıb.
 
Kişinyovda rəqibinə 2:1 hesabı ilə qalib gələn yığmamız tarixinin 55-ci qalibiyyətini əldə edib. Komandamız buna 285-ci qarşılaşmasında nail olub. İlk oyununu 1992-ci ildə  keçirən yığma həmin vaxtdan bəri iştirak etdiyi 285 görüşün 76-da heç-heçə edib, 154 dəfə uduzub. 214 qol vuran futbolçularımız 468 top buraxıb.
 
Komandamız Canni de Byazinin rəhbərliyi altında isə 29-cu matçını keçirib və 6-cı qələbəsini qazanıb. İtaliyalı mütəxəssis 7 heç-heçə, 16 məğlubiyyətə şahidlik edib. Yığma onun rəhbərliyi altında 22 qol vurub, 36 dəfə mərkəzə dəvət edilib.






Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi