21 mart 2026. Şənbə

De Byazinin mətbuat konfransının vaxtı bilindi


De Byazinin mətbuat konfransının vaxtı bilindi
Noyabrın 20-də, saat 17:00-da, Skopyedə keçiriləcək Şimali Makedoniya – Azərbaycan yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bilinib.
 
Corner.az AFFA-ya istinadən xəbər verir ki, jurnalistlər qarşısına ilk olaraq Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi çıxacaq:
 
Azərbaycan milli komandası
 
19 noyabr
Saat 10:30. Mətbuat konfransı
Saat 11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Şimali Makedoniya milli komandası
 
19 noyabr
Saat 13:00. Mətbuat konfransı
Saat 14:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Qeyd edək ki, tədbirlərin saatı yerli vaxtla göstərilib.






Milli komanda