- Milli komanda
- 19:00 02.12.2025
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Skopyedə Şimali Makedoniya millisi ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 17:00-da start götürən qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edib. Dörd qolun qeydə alındığı matçda yığmamız əzmkar qələbəyə sevinib.
Xatırladaq ki, Azərbaycan millisi noyabrın 16-da Moldova ilə yoxlama matçında 2:1 hesablı qələbə qazanmışdı.
Yoxlama oyunu
20 noyabr
Şimali Makedoniya – Azərbaycan 1:3
Qol: E.Bardi, 25 - E.Cəfərquliyev, 38. M.Qurbanlı, 65. R.Şeydayev, 88.
Qırmızı vərəqə: B.Nikolov, 52 (ikinci sarı) - H.Haqverdi, 75.
Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari (hamısı Albaniya).
Dördüncü hakim: Yovan Kaçevski (Şimali Makedoniya).
Skopye. “Todor Proeski Milli Arena”.