5 dekabr 2025. Cümə

Millimizdən ardıcıl 5-ci qələbə, Qarabağ'ın futbolçularından ilk qol


Millimizdən ardıcıl 5-ci qələbə, Qarabağ'ın futbolçularından ilk qol
"Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı Azərbaycan millisində ilk qollarına imza atıblar. Corner.az xəbər verir ki, sözügedən oyunçular səfərdə Şimali Makedoniyaya qarşı keçirilən yoldaşlıq matçında fərqləniblər.
 
22 yaşlı müdafiəçi buna yığmadakı 8-ci, 20 yaşlı hücumçu isə 5-ci görüşündə nail olub. Cəfərquliyev 28-ci, Qurbanlı isə 65-ci dəqiqəsində rəqib qapısına yol tapmağı bacarıb.
 
“Qarabağ”ın digər futbolçusu Ramil Şeydayev də bu matçda fərqlənib. O, qarşılaşmada yığmanın üçüncü qolunu vurmaqla millidə 9-cu qoluna imza atıb və eyni sayda fərqlənmiş Emin Mahmudovla Vaqif Cavadova çatıb.
 
“Sabah”ın futbolçusu Ceyhun Nuriyev isə bu oyunda meydana çıxmaqla millimizdə debüt edib. 21 yaşlı yarımmüdafiəçi yığmada forma geyinən 261-ci futbolçu olub.
 
Şimali Makedoniya ilə oyun Azərbaycan millisi üçün də əlamətdar olub. Belə ki, komandamız meydan sahiblərini 3:1 hesabıyla məğlub etməklə ardıcıl 5-ci qələbəsini qazanıb.
 
Xatırladaq ki, Azərbaycan millisi noyabrın 16-da Moldova ilə yoxlama matçında da 2:1 hesablı qələbə qazanmışdı. Daha öncə isə Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstan (3:0) üzərində qələbələr qeydə alınmışdı.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu